Tanınmış yazıçı Həmid Herisçi gənc şair Şəhriyar Del Gerani haqqında müzakirəyə səbəb olan status paylaşıb.
AZXEBER.COM xəbər verir ki, yazıçı Ş.Geranini müasir Azərbaycan ədəbiyyatının ən istedadlı simalarından biri hesab edib. Status qısa zaman ərzində "facebook”da yeni müzakirəyə səbəb olub. Həmin statusu təqdim edirik:
"Poetik nəfəs...poeziyanın bu vacib cəhəti indi yalnız Şəhriyarda mövcuddu. O bu nəfəsin qədim ahənglərini, ruslar demiş "yamb"larını yaxşı hiss edir. Əruz, Quran ahənglərinə də bələddi. Yeri gələndə bu nəfəslərdən əla istifadə edir. Vaxtiylə Üzeyir də oxşar fəndə əl atmış, mərsiyələrin minor ahəngini majora cevirmişdi. Nəticədə, qəmli xalq ahənglərindən ölməz operalar yaratmışdı.
Şerimizdə bu usta fəndə hələki O əl atıb. Şerləri, bəyəndiyim çox az şerlər sırasındadı. Bəli, Şəhriyarda poeziya əjdahası püskürür.
Yeri görünür. İnşallah tezliklə qayıdıb gələr. Diletant şairciyəzləri yerində otuzdurar.
Moskvadakı Qorki adına Ədəbiyyat İnstitunda birinci kurs şairlərinə şer yazmaq yasaq edilirdi. Əvəzində, şerin musiqisi, yambları öyrədilirdi.
Şəhriyara demək lazımdı gəlib bu şairlərə şer yazmağı bir illik yasaqlasın. Əvəzində poetik nəfəsi, musiqini öyrətsin bu bisavadlara”.