Sakanın “Arsenal”da qalacağı dəqiqləşdi

İDMAN
19:39 10.05.2023
229
Bukayo Sakanın "Arsenal”dakı taleyinə aydınlıq gəlib.

İngiltərə klubu 21 yaşlı hücumçu ilə müqaviləni uzadacaq.

Tərəflər bununla bağlı razılıq əldə edib. Yeni anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulacaq. Müqavilənin imzalanması mövsüm başa çatdıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, cari mövsümdə 35 matça çıxan Saka 13 qol vurub.
 
///apasport
OXŞAR XƏBƏRLƏR