Şakira artıq şəxsi saytında Bakıdakı konsertlərinin tarixi barədə məlumat verib. Saytda yazılır ki, Şakiranın ilk çıxışı oktyabrın 13-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda, digər konserti isə növbəti gün oktyabrın 14-də “Bakı kristal Zal”da baş tutacaq.Qeyd edək ki, Şakira ilə yanaşı Rihanna və Cenifer Lopezin də həmin ərəfədə Bakıda qadınlararası dünya çempionatında çıxışları gözlənilir. Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək.Cenifer Lopezin çıxışı isə mundialın açılış gününə sentyabrın 22-nə təsadüf edəcək.