Sakit okeanda 7,3 maqnitudalı zəlzələ olub

Sakit okeanda 7,3 maqnitudalı zəlzələ olub
DÜNYA
10:15 24.03.2026
209
Sakit okeanda Tonqa Krallığının paytaxtı Nukualofa şəhərindən 283 km şimalda 7,3 maqnitudalı zəlzələ baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:38-də qeydə alınan zəlzələnin episentri Tonqa Krallığının əhali sayına görə ikinci ən böyük adası olan Neiafu adasından təxminən 138 km qərbdə yerləşib.

Episentrdəki titrəmə intensivliyinə görə zəlzələ "güclü" kimi təsnif olunur.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 7,6 olaraq qiymətləndirib.
OXŞAR XƏBƏRLƏR