AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:38-də qeydə alınan zəlzələnin episentri Tonqa Krallığının əhali sayına görə ikinci ən böyük adası olan Neiafu adasından təxminən 138 km qərbdə yerləşib.
Episentrdəki titrəmə intensivliyinə görə zəlzələ "güclü" kimi təsnif olunur.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 7,6 olaraq qiymətləndirib.










































