"Şakro"nun generallar və azərbaycanlı milyarderlərlə sensasion işbirliyi

"Şakro"nun generallar və azərbaycanlı milyarderlərlə sensasion işbirliyi
SOSİAL
12:11 22.07.2016
5776
Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu günlərdə həbs edilən məşhur kriminal avtoritet, "Ded Xasan"dan sonra kriminal aləmin kralı statusunu alan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun işi üzrə sensasion detallar açıqlayıb.
FTX müstəntiqləri "Şakro Molodoy"un Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirov qardaşlarına "krışalıq" etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.
Life.ru-nun xəbərinə görə FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri "Şakro Molodoy"la əlbir olub. Öz növbəsində "Şakro Molodoy" Moskvadakı "Şirvan qruplaşması"nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların "krışası" və bir növ güc qanadı idi.
Xatırladaq ki, Roman Manaşirov ötən il həbs olunub. O, Azərbaycan əsilli digər yəhudi milyoner Januko Rafailovu həbsdən buraxdırmaq üçün İstintaq Komitəsinin müstəntiqlərin iri məbləğdə rüşvət verdiyi üçün həbs edilib. Rafailov isə hazırda müflis olan Telman İsmayılovun keçmiş ortağıdır, "AST Cargo" şirkətinin rəhbəri olub və Moskvada yüzlərlə vyetnamlını qul kimi istismar etdiyi üçün həbs edilmişdi.
Solomon Manaşirov isə iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin o, İsrailə qaçdığından həbsdən yayına bilib. Manaşirov qardaşları Moskvanın daşınmaz əmlak krallarıdır və onların çoxsaylı ticarət mərkəzləri, digər kommersiya daşınmaz əmlakları var. Eyni zamanda, Manaşirov qardaşları iri biznesmenlərin hüquq-mühafizə orqanları ilə problemlərini "həll etmək" üzrə ixtisaslaşıblar.
Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. "DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar", - FTX-dəki mənbə deyib.
Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə "Şakro" qarışırdı.
"Şakro Molodoy" iyulun 12-də həbs olunub. Onun Jukovka qəsəbəsindəki dəbdəbəli malikanəsində məxsusi olaraq pul saxlamaq üçün otaq aşkarlanıb. Otaqda 5 min rublluq kupyurlardan və avrolardan ibarət pul bağlamalarının yığıldığı rəflər olub. Otaqda tapılan pullardan təkcə avronun bir neçə milyon olduğu bildirilir. Daha sonra bu iş üzrə İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşları general Denis Nikandrov, Mixail Maksimenko, habelə onun müavini Aleksandra Limonova həbs ediliblər. FTX müəyyən edib ki, "Şakro"nun adamı italiyalı biznesmeni həbsdən buraxdırmaq üçün onlara 1 milyon dollar rüşvət verib.
Məlumata görə, hazırda FTX Manaşirovların işini "Şakro Molodoy"un işi ilə birləşdirməyi nəzərdən keçirirlər. Gözlənilir ki, Manaşirovlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürüləcək.
Manaşirov qardaşları, "Şakro" və Rusiya güc strukturlarının generalları arasında bu cinayətkar iş birliyi Azərbaycanda fəaliyyətinə xitam verilmiş MTN rəhbərliyinin - Eldar Mahmudov və qruplaşmasının dəst-xəttinə xeyli oxşardır. Xatırladaq ki, Mahmudovun və Akif Çovdarovun "Akula Akif" ləqəbli ortaqları əvvəlcə biznesmenlər arasından qurbanı müəyyənləşdirir, onun barəsində məlumatları toplayıb MTN-ə verirdi. Sonra MTN-in qara maskalıları qurbana hücum edir və onu ağlasığmaz ittihamlarla həbs edirdi, yaxud oğurlayırdı. Bu zaman "Akula" işə qarışır və qurbanla təmasa girərək onun məsələsini "həll etməyi" təklif edirdi. Nəticədə biznesmenlərin talanan əmlakları, milyonlarla dolları "Akula"nın əliylə Mahmudov-Çovdarov qruplaşmasının əlinə keçirdi. "Akula Akif" hazırda beynəlxalq axtarışdadır. O, Mahmudovun vəzifədən uzaqlaşdırıldığı günün ertəsi Bakıdan qaçıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO