Salah "Liverpul"dan gedəcək - Baş məşqçi açıqladı

Salah "Liverpul"dan gedəcək - Baş məşqçi açıqladı
İDMAN
14:01 22.11.2018
6188
"Liverpul"un futbolçusu Məhəmməd Salah yayda klubu tərk edə bilər.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, bu barədə Misir millisinin baş məşqçisi Xavyer Aqirre İngiltərə mətbuatına açıqlamasında deyib:

""Liverpul" bu mövsüm titul qazana bilməsə, Salah yayda komandadan gedəcək. Baş məşqçiləri Yurgen Klopp da bunu çox yaxşı başa düşür. Ona görə də, onlar bu il titul qazanmaq üçün əllərindən gələni edəcək".

Salah cari mövsümdə "Liverpul" formasıyla 17 qarşılaşmada iştirak edib və 8 qol vurub. Misirli futbolçunun klubuyla 2023-cü ilə qədər müqaviləsi var.
OXŞAR XƏBƏRLƏR