Gənclər Turizm İctimai Birliyi, “Təbiət Dostları” Gənclər İctimai Birliyi, “İRƏLİ” İctimai Birliyi, Yaşıl Velosipedçilər Klubu vəAzərbaycan Velosiped İdmanı Federasiyasınınbirgə əməkdaşlığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam Nəqliyyat - Sağlam Gənclik” adlı layihəsi uğurla başa çatmışdır.
AZXEBER.COM xəbər verir ki, layihənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılmasıdır. Layihə Bakı şəhərində velosipedin təbliğ edilməsi məqsədi ilə təlim proqramı, velotur və velosərginin keçirilməsi kimi fəaliyyətləri özündə cəmləmişdir.
Layihə çərçivəsində gənc fəallar üçün22 fevral 2014-cü iltarixində nəzəri təlimlər,23 fevral 2014-cü iltarixində isə Bakı şəhər Milli Parkın praktiki velotəlim proqramı təşkil olunmuşdur. Layihə çərçivəsində təşkil olunan təlim proqramı, gənclərin velosipedin sağlam həyat tərzinin qurulmasında və sosial-psixoloji rolu və mühümlüyü sahəsində nəzəri, praktiki biliklərin artırılmasını qarşısına məqsəd qoyur. Təlim zamanı psixoloji sessiyada təşkil olunmuşdur ki, bu da iştirakçılar arasında stereotiplər və komplekslərdən azad olmaq üçün çox böyük bir təkan olmuşdur.
Təlim proqramlarından sonra layihə çərçivəsində1 mart 2014-cü iltarixində təlim proqramında iştirak edən gənclərin iştirakı iləAzadlıq meydanı – Xətai metrosu - Azadlıq meydanı marşrutu üzrə50-dən çox gəncin iştirakı ilə velotur həyata keçirilmişdir. 2 mart 2014-cü iltarixində isə Bakı şəhərində velosiped satışı ilə məşğul olan firmaların iştirakı ilə Park Bulvar Ticarət Mərkəzində VeloSərgi və layihənin bağlanış mərasimi keçirilmişdir.
Bütünlükdə layihə çərçivəsində 100-dən çox gənc iştirak etmişdir. Layihənin davamlılığını təmin etmək üçün, növbəti aylarda Azərbaycanın digər böyük şəhərlərində bu kimi velotəlimlər və veloturların keçirilməsi planlaşdırılır.