“Sağlam Nəqliyyat Sağlam Gənclik” layihəsinə start verilir

SAĞLAMLIQ
16:05 11.02.2014
2254
Gənclər Turizm İctimai Birliyi və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin təşəbbüsü, “İRƏLİ” İctimai Birliyi ilə Yaşıl Velosipedçilər Klubunun birgə əməkdaşlığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam Nəqliyyat Sağlam Gənclik” adlı layihəsinə start verilir.
AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində 22-23 fevral 2014-cü il tarixlərində gənclər üçün praktiki və nəzəri hissədən ibarət olan Velotəlimlər keçiriləcək.
Layihənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin aşılanması prosesində velosipedin rolunun artırılmasıdır.
Layihə Bakı şəhərində velosipedin təbliğ edilməsi məqsədi ilə təlim proqramı, velotur və velosərginin keçirilməsi kimi fəaliyyətləri özündə cəmləyəcək.
Layihə ərzində gənc fəallar üçün təlim proqramı təşkil ediləcək ki, bu da gənclərin velosipedin sağlam həyat tərzinin qurulmasında və sosial-psixoloji rolu və mühümlüyü sahəsində nəzəri, praktiki biliklərin artırılmasını qarşısına məqsəd qoyur.
Təlim zamanı psixoloji sessiyada təşkil olunacaq ki, bu da iştirakçılar arasında stereotiplər və komplekslərdən azad olmaq üçün çox böyük bir təkan olacaq.
Təlim proqramlarından sonra 1 mart 2014-cü il tarixində təlim proqramında iştirak edən gənclərin iştirakı ilə Bakı şəhəri Milli Parkında böyük bir velotur həyata keçiriləcək. Layihə çərçivəsində 2 mart 2014-cü il tarixində Bakı şəhərində velosiped satışı ilə məşğul olan firmaların iştirakı ilə Park Bulvar Ticarət Mərkəzində VeloSərgi və layihənin bağlanış mərasimi keçiriləcək.
Velo Təlimlərdə iştirak etmək istəyən gənclər 14 Fevral 2014-cü il tarixinədək elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.
Qeydiyyat üçün link: https://bit.ly/1eho5FL

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb