Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir - MÜRACİƏT

Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir - MÜRACİƏT
MEDIA
14:37 23.04.2012
1738
3 may 2012-ci il Ümumdünya mətbuat azadlığı günüdür. Bu münasibətlə, BMT Baş katibi cənab Pan Ki-mun və YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın birgə müraciət ünvanlayıb.  AZXEBER.COM həmin müraciəti təqdim edir. "İfadə azadlığı bizim ən dəyərli insan hüquqlarımızdan biridir. Bu hüquq bütün digər azadlıqların əsası olub insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün isə ən vacib amil azad, plüralist və müstəqil mediadır.Bu Ümumdünya Mətbuat Azadlığı Günü münasibətlə edilmiş bir müraciətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya və ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir.Ərəb dünyasında baş verən dəyişikliklər yeni və ənənəvi media alətlərinin birləşdiyi zaman insan hüquqlarına nail olmağın mümkünlüyünü göstərdi. İnformasiya müstəqilliyi cəmiyyətlərə daha geniş şəffaflığa və hesabatlılığa keçid vəd edir. Bu vəziyyət ünsiyyət qurmaq, informasiya və bilikləri paylaşmaq üçün yeni yollar açır. Xüsusilə də, əvvəllər baş verən hadisələr qarşısında səssiz qalan gənclərin əzəmətli səsləri ucalır. Bu səbəbdən də Yeni Səslər: Mətbuat azadlığı cəmiyyətləri dəyişməyə kömək edir mövzusu bu ilki Ümumdünya Mətbuat Azadlığı Günündə diqqət mərkəzində durur.Mətbuat azadlığı dünyada bir çox ciddi təzyiqlərlə də üzləşir. Ötən il, YUNESKO peşə fəaliyyətinə görə 62 nəfər jurnalistin öldürülməsi faktını qətiyyətlə pisləmişdir. Həmin jurnalistlər heç bir zaman unudulmamalı və bu cinayətlər cəzasız qalmamalıdır. Xəbərlərin internet vasitəsilə izlənməsi artdıqca, daha çox onlayn jurnalistlər, o cümlədən bloqçular peşə fəaliyyətlərinə görə təqib və hücuma məruz qalırlar. Onlar da ənənəvi media işçiləri ilə eyni dərəcədə qorunmalıdırlar.13 və 14 sentyabr 2011-ci ildə Jurnalistlərin Müdafiəsi və Cəzasızlıq problemi üzrə BMT-nin ilk agenliklərarası görüşü YUNESKO-da keçirilmişdir. Biz jurnalistlər və mətbuat nümayəndələri üçün hər yerdə daha sərbəst və təhlükəsiz mühit yaratmaq məqsədi ilə BMT-nin Fəaliyyət Planını tərtib etdik. Eyni zamanda, xüsusilə keçid dövrünü yaşayan və ya münaqişə sonrası bərpaya ehtiyacı olan ölkələrdə azad, plüralist və müstəqil media üçün hüquqi əsasları gücləndirməyə davam edəcəyik. İnformasiya izafiliyi yaşadığımız bir dövrdə biz gənclərə tənqidi düşüncə bacarığını və media savadlılığını inkişaf etdirməkdə yardım etməliyik.Ümumdünya Mətbuat Azadlığı Günü mətbuat azadlığı naminə mübarizə bayrağını qaldırmaq üçün bizə verilmiş bir imkandır. Biz üzv dövlətlərə, dünyanın hər yerində fəaliyyət göstərən peşəkar media və qeyri-hökumət təşkilatlarına səslənərək onları həm internet, həm də digər yerlərdə beynəlxalq qəbul olunmuş prinsiplər əsasında özünü sərbəst ifadə etmək azadlığının inkişafına töhfə vermək üçün BMT ilə gücləri birləşdirməyə çağırırıq. Bu fərdi hüquqlar üçün bir sütun, sağlam cəmiyyətlərin təməli və sosial dəyişiklik üçün gücdür".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib