SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 7 il ötür
SOSİAL
15:27 01.03.2017
694
Salamnews İnformasiya Agentliyinin (www.salamnews.org) fəaliyyətə başlamasından 7 il ötür.

Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb.

Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.

2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

Eyni zamanda bu illər ərzində respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, "İlin brendi"ni qazanıb.
OXŞAR XƏBƏRLƏR