Salome Zurabişvili hökuməti pandemiya ilə mübarizəni sərtləşdirməyə çağırıb

Salome Zurabişvili hökuməti pandemiya ilə mübarizəni sərtləşdirməyə çağırıb
DÜNYA
22:36 03.11.2021
385
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə epidemioloji vəziyyətin pisləşməsi ilə bağlı hökumətə çağırış edib.

AZXEBER.COM xəbər verir ki, o, keçirdiyi xüsusi brifinqdə hökuməti təxirəsalınmaz və sərt tədbirlər görməyə səsləyib.

Dövlət başçısı risk qrupuna aid olan şəxslər üçün vaksinasiyanın məcburi olmasını təklif edib.

S.Zurabişvili ictimai yerlərdə "COVID-19” pasportunun tətbiqini, peyvənd vurdurmayanların ödənişli əsasda müalicə olunması təkliflərini də irəli sürüb.
OXŞAR XƏBƏRLƏR