Salyan rayonunda minik avtomobili aşıb, sürücü xəsarət alıb

Salyan rayonunda minik avtomobili aşıb, sürücü xəsarət alıb
SOSİAL
22:34 26.07.2017
908
Salyan rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan- Salyan yolunda qeydə alınıb.
 
Salyanın Xələc kənd sakini,1965-ci il təvəllüdlü Səfərov Samit Adil oğlu idarə etdiyi "90 KV 416” dövlət nömrə nişanlı "VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.
 
Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib
 
Faktla bağlı araşdırma aparılır.
 



 

OXŞAR XƏBƏRLƏR