Salyanda yanğın hadisəsi baş verib.
“Report”un Aranbürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhəri Ağa MirbağırAğazadə küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Əli Nuriyevə məxsus fərdiyaşayış evi anidən alovlanaraq yanmağa başlayıb.
Bu barədə Fövqəladə HallarNazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisəyerinə 2 yanğınsöndürən maşın göndərilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğınsöndürülüb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb.Bunabaxmayaraq, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yararsız haladüşüb.
Psixi pozuntusu olan Əli Nuriyevin evi özüyandırdığı ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.