Salyan sakini başından yaralanıb.
AZXEBER.COM Report-a istinadla məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.
Faktla bağlı araşdırma aparılır.