Salyanda 40 tonluq ot tayası yandı

Salyanda 40 tonluq ot tayası yandı
HADİSƏ
19:49 31.05.2025
1061
Salyanın Yenikənd kəndində ot tayası yanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2000-dən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR