Salyanda 51 yaşlı kişi döyülərək öldürüldü

Salyanda 51 yaşlı kişi döyülərək öldürüldü
KRİMİNAL
09:59 20.10.2024
1045
Salyan sakini döyülərək öldürülüb.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.

Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR