Salyanda 63 yaşlı kişini güllələyən şəxs SAXLANILDI

Salyanda 63 yaşlı kişini güllələyən şəxs SAXLANILDI
SOSİAL
22:55 13.09.2025
162
Salyan rayonunda 63 yaşlı kişini güllələyən şəxs saxlanılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.

Belə ki, həmin kənd sakini, Qismət Səmədov çöl quşları ovlayan zaman ehtiyatsızlıqdan ov tüfəngi ilə böyürtkən yığıb evə qayıdan həmkəndlisi, 63 yaşlı İsgəndər Tağıyevə xəsarət yetirib.

Qismət Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR