Salyanda ağır qəza: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı

Salyanda ağır qəza: 1 nəfər öldü, 2 nəfər xəsarət aldı
SOSİAL
21:52 10.08.2019
7065
Salyanda iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Noxudlu kənd ərazisindən keçən hissəsində baş verib.

 "VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən qarşıda gedən "BMW” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Qəza nəticəsində 3 nəfərin - Yardımlı sakinləri, 1990-cı il təvəllüdlü Yarıyev Coşqun İltifat oğlunun, onun həyat yoldaşı, 1991-ci il təvəllüdlü Bağırova Tükzban Ədalər qızının və onların övladları, 2011-ci il təvəllüdlü Yarıyev Sadiq Coşqun oğlunun xəsarət aldığı bildirilir. Balaca Sadiqin həyatını xilas etmək mümkün olmayıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR