Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar

Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
SOSİAL
19:18 15.11.2026
42
Salyanda avtomobil qəzası baş verib.

Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı "Hyundai Avante" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə olan 1960-cı il təvəllüdlü Almagül Həsənağa qızı Ağayeva və 1981-ci il təvəllüdlü Nailə Böyükağa qızı Ağayeva xəsarət alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, xəsarət alan şəxslər ana və qızıdır.

Faktla bağlı araşdırma aparılır.

///oxu.az
OXŞAR XƏBƏRLƏR