Salyanda əvvəllər məhkum olunmuş şəxs şantaja görə saxlanılıb

Salyanda əvvəllər məhkum olunmuş şəxs şantaja görə saxlanılıb
SOSİAL
14:14 20.02.2021
487
Salyanda əvvəllər məhkum olunmuş şəxs şantaja görə saxlanılıb. 

AZXEBER.COM xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən vətəndaş fevralın 19-da bir nəfərin barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu alması barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR