Salyanda faciə: Pambıqçı qadının qolu dəzgahda qaldı

Salyanda faciə: Pambıqçı qadının qolu dəzgahda qaldı
SOSİAL
15:50 01.12.2017
849
Salyanda 45 yaşlı qadının qolu amputasiya olunub.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, Salyan pambıqtəmizləmə  zavodunda çalışan rayon sakini, 1972-ci il təvəllüdlü Nəcəfova Xatirə Azad qızının qolu ehtiyatsızlıqdan çiyidayırma dəzgahına düşüb. 

X.Nəcəfova ağır xəsarətlə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunaraq sağ qolu dirsəkdən yuxarı amputasiya edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR