Salyanda fəhlə hündürlükdən yıxıldı, ağır xəsarət aldı

Salyanda fəhlə hündürlükdən yıxıldı, ağır xəsarət aldı
SOSİAL
09:55 23.09.2020
640
Salyan rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun "Plastmas” yaşayış massivindəki Əlövsət Quliyev küçəsində qeydə alınıb.

Belə ki, ev tikintisi zamanı fəhlə işləyən, 1989-cu il təvəllüdlü Salmanov Samir Füzuli oğlu ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılıb.

Nəticədə, müxtəlif dərəcəli bədən xəsarəti alan S.Salmanov Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal cərrahiyyə şöbəsinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR