Salyanda güclü külək ağacları aşırıb, elektrik xətləri qırılıb, şəhərin bir hissəsi işıqsız qalıb

Salyanda güclü külək ağacları aşırıb, elektrik xətləri qırılıb, şəhərin bir hissəsi işıqsız qalıb
SOSİAL
21:34 13.05.2023
158

Salyanda güclü külək ağacları aşırıb, elektrik xətləri qırılıb, şəhərin bir hissəsi işıqsız qalıb.

"Report"un Aran bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində rayonun bir sıra yaşayış məntəqəsində 10-na yaxın ağac aşıb.

Şəhərin Ağa Mirbağır Ağazadə küçəsində ağaclardan biri avtomobillərin üzərinə düşüb. Nəticədə hər iki avtomobil yüngül zədələnib. Həmin küçədə ağacların 10 min kilovoltluq elektrik xəttini sıradan çıxardığıdan şəhərin bir hissəsi işıqsız qalıb.

Hazırda hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

OXŞAR XƏBƏRLƏR