Salyanda iki avtomobil toqquşdu - Ölən var

Salyanda iki avtomobil toqquşdu - Ölən var
SOSİAL
11:15 14.08.2018
2842
Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi "VAZ-2107” və Vasif İsmayılovun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ.Baxşıyev ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR