Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var

Salyanda iki avtomobil toqquşdu, xəsarət alan var
SOSİAL
23:39 09.01.2021
545
Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını qarşıda gedən minik avtomobilini vurub. Nəticədə minik avtomobilində olan Masallı rayonunun Yeddioymaq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Həbulla Əli oğlu yüngül bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR