Salyanda partlayış olub: Xəsarət alan var

Salyanda partlayış olub: Xəsarət alan var
SOSİAL
22:55 12.03.2023
167
Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla ("primus"la - red) iş görərkən cihaz partlayıb.

A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR