Salyanda usta yük maşınının altında qalaraq öldü

Salyanda usta yük maşınının altında qalaraq öldü
SOSİAL
11:23 23.06.2024
125
Salyanda yük maşınının altında qalan usta ölüb.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil bu nəqliyyat vastəsinə çırpılıb.

Nəticədə yük maşınının altında qalan usta həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR