Minik maşını mikroavtobusla toqquşdu - 9 yaralı var

Minik maşını mikroavtobusla toqquşdu - 9 yaralı var
HADİSƏ
22:24 07.01.2026
179
Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində doqquz nəfər xəsarət alıb

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, sərnişin mikroavtobusu "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 9 nəfər; mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oqtay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR