Salyanda yol qəzası baş verib, xəsarət alan var

Salyanda yol qəzası baş verib, xəsarət alan var
SOSİAL
22:09 11.09.2020
1649
Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Yolüstü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mitsubishi” markalı avtomobil yolu keçmək istəyən Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əbülfəz Akif oğlunu vurub.  Kəllə-beyin travması alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR