Salyanda yük maşınının altında qalan usta öldü

Salyanda yük maşınının altında qalan usta öldü
SOSİAL
12:18 23.06.2024
134
Salyanda yük maşınının altında qalan usta ölüb.

Hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman həmi avtomobili digər avtomobil vurub. Nəticəsində təmir etdiyi avtomobil üzərinə düşən Vüsal Sadıqov ölüb.
Faktla bağlı araşdırma aparılır.//APA
OXŞAR XƏBƏRLƏR