Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyevin “Azərbaycanda təhlükəsizlik sektorunda islahatlar” adlı məqaləsi “Vişeqrad və Cənubi Qafqaz ölkələrində Təhlükəsizlik sektoru yenidənqurması: Çağırışlar və imkanlar” kitabında dərc olunub.
AZXEBER.COM-a SAM-dan bildiriblər ki, kitab Avropa və Şimali Atlantika məsələləri üzrə mərkəzin (CENAA) baş elmi işçisi Marian Majer tərəfindən redaktə olunub.Kitabda olan materiallar CENAA-nın (Slovakiya) tərəfdaş təşkilatları Strateji Araşdırmalar Mərkəzi (Azərbaycan), Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu (Gürcüstan), Strateji Analizlər Mərkəzi ( Ermənistan), Beynəlxalq Münasibətlər İnstitutu (Çexiya), Beynəlxalq Münasibətlər üzrə Macarıstan İnstitutu (Macarıstan) və Polşa Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təmin olunan materiallardan ibarətdir. SAM-ın aparıcı elmi işçisi Kamal Makili-Əliyevin “Azərbaycanda təhlükəsizlik sektorunda islahatlar” adlı məqaləsini bu linkdən oxuya bilərsiniz:https://cenaa.org/en/new-book-security-sector-reform-in-countries-of-visegrad-and-southern-caucasus-challenges-and-opportunities/