SAM-ın ekspertləri Tel-Əviv və Brüsselə səfər edəcək

SİYASƏT
11:24 03.12.2013
941

Dekabrın 5-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçiləri Heydər Mirzə və Kamal Makili-Əliyev İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Enerji, Təhlükəsizlik və Strategiya” adlı beynəlxalq konfransda iştirak edəcək.

AZXEBER.COM-un verdiyi xəbərə görə, tədbir Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu (ABŞ), Kalqari Universitetinin İctimai İdarəetmə Məktəbi (Kanada), Texnion Texnologiya İnstitutu (İsrail) və Yəhudi Milli Təhlükəsizlik İnstitutu (İsrail) tərəfindən təşkil olunub.Konfransda 200-dən çox hərbçi, təhlükəsizlik və xüsusi xidmət mütəxəssisləri, neft və qaz borularının qorunması və qlobal təhlükəsizlik sahəsində ekspertlər iştirak edəcək.Azərbaycan nümayəndə heyəti tədbirdə “İsrailin periferiya diplomatiyası konsepsiyası” və “Cənubi Qafqazda enerji təhlükəsizliyi” mövzusunda məruzələrlə çıxış edəcək. 5-6 dekabr tarixlərində isə SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Rövşən İbrahimov NATO-nun İctimai Diplomatiya Şöbəsinin dəvəti ilə Brüsselə səfər edəcək.Səfər zamanı NATO-nun regionda apardığı fəaliyyət, eyni zamanda NATO-Azərbaycan münasibətləri müzakirə olunacaq.

OXŞAR XƏBƏRLƏR