"Şamaxı" klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.
Bölgə təmsilçisinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, klubun İdarə Heyəti 36 yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.
Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən "Şamaxı"da çıxış edir. Namaşko 2020/2021 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.