Şamaxı Palace satıldı: Rixos Otellər qrupu oteldən imtina etdi

İQTİSADİYYAT
12:07 25.08.2015
5745

Şamaxı və Ağsu rayonlarının qovuşacağında yerləşən və gur meşələrlə əhatələnən 102 qonaq otaqlı Şamaxı Palace Oteli Absheron Hotel Group otellər qrupuna daxil olur.AZXEBER.COM "Marja"-a istinadən xəbər verir ki, əvvəllər "Modern Qrup"a məxsus olan və Rixos Otellər qrupu tərəfindən idarə olunan otel artıq satılıb. Buna görə də sahibkar şirkət olan "Sheredil Otel" MMC "Samaxi Palace"in idarəetməsini "Absheron Hotel Group"a həvalə edib.

İdarəçiliyin Rixos Otellər Qrupundan "Absheron Hotel Group"a (AHG) təhvil verilməsi, Regional direktoru Şükrü Koçak olan Rixos-un sahibkar şırkət qarşısında öz öhdəliklərini yerinə yetirməsindən və mandatını təhvil verməsindən sonra,avqust ayının sonunadəkhəyata keçiriləcəkdir.Rixos Otellər qrupu ilə Absheron Hotel Group-un Şamaxıda baş tutmuş birgə görüşündə idarəçiliyin Abşeron Hotel Group-a keçirilməsi zamanı yerli işçi heyətinin iş yerlərinin qorunması əsas prioritet mövzu olmuşdur.

Absheron Hotel Group-un İcraçı Direktoru Mark Ehler demişdir: " Mən Rixos otel idarəçiliyinin peşəkarlığına hörmətlə yanaşır və onlara təhvil-təslim müddətində göstərdikləri qayğı və dost münasibətə görə öz təşəkkürümü bildirirəm".

OXŞAR XƏBƏRLƏR