Şamaxı-Qızmeydan yolunda təhlükəli vəziyyət yaranıb – FOTO

Şamaxı-Qızmeydan yolunda təhlükəli vəziyyət yaranıb – FOTO
SOSİAL
18:48 27.01.2018
1692

Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar yağışı səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.  

Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb. 

Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. 

Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. 





OXŞAR XƏBƏRLƏR