"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Şamaxı və İsmayıllı rayonunda Gənclər və İdman Nazirliyinin maliyə dəstəyilə "Erkən nikah gənclik üçün bəladır” adlı maarifləndirici tədbirlər keçirib. Şamaxıda təşkil olunan tədbirdə Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı İcra hakimiyətinin nümayəndələri iştirak ediblər.
"Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi sədri Samirə Mustafayeva erkən nikahlarla mübarizənin psixoloji və hüquqi aspektləruinə toxunmaqla yanaşı, nikah yaşı, erkən nikahlarla bağlı yarana biləcək problemlər haqda danışıb. Bundan başqa yeni döğulmuş uşaqların qeydiyyatı, faktiki ayrılma və ailə zorakılığı zamanı əmlak və s. ilə bağlı hüquqi prosedurların tətbiqi, erkən nikahlarla bağlı cinayət məsuliyyəti, ailə şiddətinin təsiri altında erkən nikahlardan qaçmanın yolları barədə məsələlər də müzakirə edilib. Daha sonra erkən nikahlarla bağlı valideynlərin məsuliyyəti, erkən nikaha daxil olanların reabilitasiyası, dövlət tərəfindən müdafiə olunması və cəmiyətin bununla mübarizəsinin əhəmiyyət qeyd edilib. Ədliyə Akademiyasının Eksperti erkən nikahlarla bağlı risklər olduqda müraciət ünvanları və dövlət orqanları barədə gənclərə geniş məlumat verib.
Sonda suallara cavab verilmiş və iştirakçılara "Erkən nikah gənclik üçün bəladır” mövzusunda hazırlanmış erkən nikahlarla mübarizənin hüququi əsaslarına həsr olunmuş kitabçalar paylanilib. Bəzi gənclərə konfedensial hüquqi yardım göstərilib. İsmayıllı rayonunda da eyni məzmunlu tədbir keçirilib. Tədbirdə İsmayıllı İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Baxışova Gülər, Teymurov Nəsimi,ismayıllı rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Məmmədov Xəyyam də iştirak ediblər.




