Şamaxıda güllələnmə hadisəsi baş verib.
Hadisə bu gün saat 21 radələrində qeydə alınıb.
34 yaşlı Orxan Hacıyev ov tüfəngindən güllələnərək öldürülüb.
İlkin məlumata əsasən, təqsirləndirilən şəxs qismində polis əməkdaşları 27 yaşlı A.Surxayevi saxlayıb, ondan cinayətdə istifadə olunan tüfəng götürülüb.
Fakla bağlı araşdırma aparılır.
///APA