Şamaxıda ağır qəza oldu - Ölən və yaralananlar var

Şamaxıda ağır qəza oldu - Ölən və yaralananlar var
HADİSƏ
20:04 13.08.2025
185
Şamaxıda ağır yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində "Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupunda bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR