Şamaxıda çobanı güllələdilər

Şamaxıda çobanı güllələdilər
SOSİAL
10:37 19.01.2018
1885
Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.

"Report”un Şirvan bürosu xəbər verir ki, Sabir qəsəbə sakini Ramin Şirbala oğlu çobanlıqla məşğul olan qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR