Şamaxıda təmir sexi və avtomobil yanıb

Şamaxıda təmir sexi və avtomobil yanıb
HADİSƏ
23:15 14.09.2024
529
Şamaxı rayonunda yanğın olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində, Bakı-Qazax yolunun 119-cu kilometrliyində ümumi sahəsi 200 m² olan 6 boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 30 m² olan boksunun yanar konstruksiyaları və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR