Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
SOSİAL
16:01 27.08.2025
309
Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
OXŞAR XƏBƏRLƏR