Şamaxıda zəlzələ - 4-3 bala qədər hiss olundu

Şamaxıda zəlzələ - 4-3 bala qədər hiss olundu
SOSİAL
10:52 06.06.2025
539
Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 10:18-də baş verən zəlzələ 3.6 maqnitudalı olub.

Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR