Şamaxıya yeni prokuror təyin edildi - Zakir Qaralov əmr imzaladı

Şamaxıya yeni prokuror təyin edildi - Zakir Qaralov əmr imzaladı
SOSİAL
10:27 31.07.2018
4330
Şamaxı rayonuna yeni prokuror təyin edilib. 

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun idarə rəisinin müavini Müşfiq Səfərov tutduğu vəzifəsindən azad edilərək Şamaxı rayon prokuroru təyin olunub. 

Şamaxı rayon prokuroru olmuş Zakir Müslümov isə bir müddət öncə təqaüdə göndərilib. 
OXŞAR XƏBƏRLƏR