00:34 Bazar Ertəsi, 16 Sentyabr 2019
MƏDƏNİYYƏT

Sami Yusufun ifası ölkənin gündəminə çevrildi

16:08, 10.09.20192921
Sami Yusufun ifası ölkənin gündəminə çevrildi
Dünya şöhrətli müğənni Sami Yusufun ifası sosial şəbəkələrin gündəminə çevrilib. 
 
AZXEBER.COM xəbər verir ki, youtube-də Sami Yusufun rəsmi kanalında, "facebook"da isə ilk olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi facebook səhifəsində paylaşılan İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə yazılmış yeddi dəqiqəlik kompozisiya bu gün sosial şəbəkə istifadəçilərinin və xəbər saytlarının gündəmi olub.
 
Belə ki, sentyabrın 9-u axşam saatlarında Komitənin facebook səhifəsinə yerləşdirilən Sami Yusufun özünəməxsus tərzdə ifa etdiyi "Sığmazam” kompozisiyasını qısa müddətdə 1500 nəfərə yaxın insan bəyənib, 900-dən çox istifadəçi onu paylaşıb, onlarla insan şərh yazıb.
 
Videonu "youtube"dən paylaşanlar arasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mədəniyyət Nazirliyinin, AzTV-nin, ASAN radionun facebook səhifələri də var.
 
Hazırda "youtube"də 200 minə yaxın kompozisiyanı izləyib.  
 
Bir çox xəbər agentliyi və saytlar – Report, APA, AZXEBER.COM və başqaları videonun böyük marağa səbəb olmasını, eləcə də kompozisiyaya qısa müddətdə çox sayda baxış olmasını xəbər edib. AZXEBER.COM-un rəsmi "facebook" səhifəsində videonu 50 minə yaxın insan izləyib. 
 
Qeyd edək ki, Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusufun ifasında dahi şair İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında ərsəyə gələn kompozisiya Mədəniyyət Nazirliyinin sifarişi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunub.
 

XƏBƏR LENTİ