Ötən gün Azərbaycanda qəzaya düşən Şamil Ayrımdan ilk AÇIQLAMA

Ötən gün Azərbaycanda qəzaya düşən Şamil Ayrımdan ilk AÇIQLAMA
DÜNYA
15:14 21.10.2022
742
Xəbər verdiyimiz kimi, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrımı ölkəmizdə səfərdə olarkən qəzaya düşüb.

AZXEBER.COM xəbər verir ki, Cəbrayılda yol qəzasına düşən millət vəkili Şamil Ayrım "Facebook” sosial şəbəkəsində qəzadan sonra açıqlama verib.

O bildirib ki, hazırda vəziyyətləri yaxşıdır:

"Azərbaycana səfərimiz zamanı Binəli Yıldırımla eyni maşında uğursuz yol qəzası keçirdik. Allaha şükürlər olsun ki, vəziyyətimiz yaxşıdır, daha sonra xəstəxanaya yerləşdirildik. Xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR