Aparıcı Samir Bayramlı ARB TV ilə yollarını ayırdığını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, aparıcı bu haqda sosial media hesabında məlumat verib.
Samir bildirib ki, artıq bir aydır "Full show"dan öz istəyi ilə uzaqlaşıb:
"Artıq bir aydır ki, şəxsi istəyim və qarşılıqlı razılaşma əsasında ARB TV-də yayımlanan, "Özəl media" ilə bir yerdə ərsəyə gətirdiyimiz "Full show" verilişini dayandırıb, yollarımı ayırmışam. Növbəti gözəl layihələrdə görüşmək ümidi ilə" deyə, Samir əlavə edib.










































