Həmkarları Samiri görəndə təəccüblə hədsiz dərəcədə kökəldiyini bildirirlər. Bu isə müğənniyə xoş gəlmir:
«Kökəldiyimi özüm də bilirəm. Bunu təəccüblə üzümə söyləmələrini həzm edə bilmirəm. Arıqlamaq üçün qidama diqqət yetirirəm. Son aylar bir qədər çəki ata bilmişəm».
Əksər həmkarları ilə isti münasibət qurmadığını etiraf edən Samir deyir ki, ona irad tutanlar da məhz belələridir.
«Mənim şou-biznesdə dostlarım çox azdır. Hər insanla isti münasibət qurmuram. Bəzi insanlar mənə nəyisə irad tutanda əsəbləşirəm ki, onun mənim haqqımda xoşagəlməz sözlər deməyə nə haqqı var?» - deyə müğənni həmkarlarının ünvanına etirazını bildirdi.///milli.az