Samir Bayramlı "AzParking"dən şikayətləndi

Samir Bayramlı "AzParking"dən şikayətləndi
MAQAZİN
06:56 15.01.2024
223
Aparıcı Samir Bayramlı "AzParking"dən şikayətini dilə gətirib.

AZXEBER.COM xəbər verir ki, tanınmış aparıcı qaydalara əməl edərək avtomobilini dayanacaqda saxlasa da, cərimə olunduğunu bildirib.

"Buradan bu sistemi quranlara səslənirəm. Hər şey əlinizdədir istədiyinizi edirsiniz. Mən sübut edə bilərəm ki, kartımdan pulu çıxmısınız. Siz hansı əsasla cərimə yazmısınız, isbat edə bilərsiniz?"

Aparıcı, dəfələrlə vətəndaşların sözügedən xidmət haqda narazılıqlarına şahid olduğunu, lakin bu günə qədər heç bir tədbir görülməməsini sərt şəkildə tənqid edib.
 

OXŞAR XƏBƏRLƏR