Samir Piriyevin xanımı məktəb direktorundan şikayətçidir - Direktordan açıqlama - VİDEO

Samir Piriyevin xanımı məktəb direktorundan şikayətçidir - Direktordan açıqlama - VİDEO
MAQAZİN
12:43 24.09.2024
385

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva 42 saylı məktəbin direktoru Firəngiz Həmidovadan şikayətçidir.

AZEBER.COM xəbər verir ki, o, video yayımlayaraq direktorun uşaqlarla kobud davranışından və nalayiq ifadələr işlətməsindən danışıb:

"Bir direktor nə qədər bikar ola ki, qapıda dayanıb şagirdlərin ətəklərinin rənginin açıq və ya tünd olduğuna fikir verə. Hər sinifdə 40-43 şagird təhsil alır. Pandemiyadan çıxan ölkədə sinifdə 40-dan çox uşaq olur. Gedin, sinifləri ayırın, uşaqların sayını azaldın, mənasız kitabların, iş dəftərlərinin sayını azaldın. Onda bir zəhmət əlinizdə tərəzi ilə dayanın qapıda çantaların çəkisini ölçün".

Anara, aidiyyatı qurumların direktorla bağlı ölçü götürməyini istəyib:

"42 saylı mətkəbin direktoruna bir əncam çəkən olsaydı valideynlərin də, uşaqların da canı qurtarardı. Yaxşı ki, mən uşağımın yanında idim. O qızımı orada mənsiz biabır etsəydi, bilmirəm o direktoru nə edərdim. Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də ona sual verdim ki,nə ətəyidir? Bazar, klub ətəyidir? Məktəb ətəyidir də… Məktəb ətəyi nə rəngdə olur. Cavab verir ki, Fərəhin ətəyi ağ rəngdədir. Amma düz demir, çünki Fərəhin ətəyi boz rəngdə idi. Ona dedim ki, sizə rəngləri ayırd edə bilmirsiniz. Mən sizə rəngləri öyrədəcəyəm. Bəlkə gedəsiniz təqaüdə çıxasınız. Artıq rəngləri də tanımırsınız. Bu direktor özünü nə hesab edir? O gün də bir məktəbli qızın üstünə qışqırıb".

 13.57

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən 42 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həmidova qeyd edib ki, digər şagirdlər kimi Fərəhə də irad tutulub:

"Məktəb direktorunun uşağa irada tutmağa ixtiyarı yoxdur? Məktəbin 1700 şagirdindən biri kimi Fərəhə də demişik ki, bu açıqrəngli yubkadır, bir az tünd olmalıdır. Onu söyüb, təhqir edib, şəxsiyyətinə xələl gətirməmişik ki?! İndi Samir Piriyevin qızıdır deyə ona xüsusi münasibət göstərilməlidir? Bizim məktəbli formamız boz ətək, mavi köynəkdir. Biz də bunu tələb edirik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib